Hülya Avşara əxlaqsızlıq ittihamı – Prokurorluq işə qarışdı
Tanınmış sənətçi Hülya Avşar və sosial media fenomeni Merve Taşkın haqqında İstanbul Baş Prokurorluğuna rəsmi şikayət verilib. Şikayətdə onların fahişəliyə təşviq, əxlaqsızlığı təbliğ etmək və cəmiyyəti alçaldan ifadələr işlətməkdə ittiham edildiyi bildirilir.
Az24.az xəbər verir ki, bir neçə ay əvvəl Hülya Avşarın YouTube proqramına dəvət olunan Merve Taşkının veriliş zamanı söylədiyi fikirlər sosial mediada narazılıq yaratmışdı. Şikayət ərizəsində Taşkının fahişəliyi “asan qazanc yolu” kimi göstərdiyi, “lüks həyat təmin etdiyi” və bu yaşam tərzini cazibədar kimi təqdim etdiyi iddia olunur.
Bundan əlavə, Hülya Avşarın həmin fikirləri təşviq edən və normallaşdıran ifadələrlə dəstəklədiyi qeyd edilib. Şikayətdə proqramın yayımlandığı videoya giriş məhdudiyyəti qoyulması da tələb olunub.
Merve Taşkın daha əvvəl 14 fevral sevgililər günü ilə bağlı etdiyi sosial media paylaşımına görə məhkəməyə verilmişdi. O, paylaşımda sevgililər günü sevgilisi olmayanlarla 400 min TL qarşılığında axşam yeməyi təklif etmiş və bu, ictimai reaksiyaya səbəb olmuşdu. Şikayətlərdən sonra ona qarşı istintaq başlanmışdı.
Reklam
Oxşar xəbərlər
Aparıcı kişilərdən bahalı hədiyyələr istədi – Efirdə BİABIRÇILIQ
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu