Hoteldəki hadisədə həlak olan Eltac bu universitetin tələbəsi imiş – FOTO
Binəqədidəki “Lake Hotel”də 3 gün öncə baş verən bədbəxt hadisə zamanı həlak olanlardan Eltac Əliyev Gəncə Dövlət Universitetinin tələbəsi olub.
Az24.az “Gencexeber”ə istinadən xəbər verir ki, o, GDU-nun Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.
Tərtər rayonunun Köçərli kənd sakini olan Eltac Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş. Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.
Qeyd edək ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşı – 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov hotelin həyətinə dəmir konstruksiyalı pilləkəni apararkən onları cərəyan vurub.
Faktla bağlı cinayət işi açılıb, hotelin icarədarı həbs olunub.

Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…