“Hörümçək adam” vəfat etdi – FOTO

“Hörümçək adam” vəfat etdi – FOTO

Dünya 28.11.2025 15:38 23

İlk canlı Hörümçək adam obrazını canlandıran Denni Siqren vəfat edib.

AZ24.az xəbər verir ki, ABŞ-lı aktyor və kuklaçı 81 yaşında dünyasını dəyişib.

Siqren “The Electric Company” uşaq proqramında televiziyada Hörümçək adamı canlandıran ilk aktyor kimi tanınıb. O, həmçinin tanınmış kukla ustası Cim Henson ilə birlikdə çalışaraq “Sesame Street” layihəsində müxtəlif kukla obrazlarının hazırlanmasında və səhnələşdirilməsində iştirak edib.

Denni Siqren eyni zamanda yazıçı, rəqqas və prodüser kimi fəaliyyət göstərib. Onun kuklaçılıq sahəsində işi xüsusilə Muppets layihələri və uşaqlar üçün hazırlanan tədris proqramları ilə yadda qalıb.

Sənətçi son illərini Cənubi Karolinanın Littl River şəhərində təqaüd həyatı ilə keçirirdi. Ailəsi yaxın günlərdə onun həyatına həsr olunmuş anım mərasiminin təşkil ediləcəyini bildirib.

Reklam