Honq Konqda dəhşətli yanğın – Ölənlərin sayı 36 nəfərə çatıb – YENİLƏNİB
Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb.
AZ24.az “The South China Morning Post”a istinadən xəbərinə görə daha 279 nəfər itkin düşmüş sayılır.
Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır.
Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.
***
Honq-Konqun Tai Po rayonunda yerləşən çoxmərtəbəli yaşayış kompleksində baş verən güclü yanğın böyük faciəyə səbəb olub.
AZ24.az xarici mənbələrə istinadən xəbər verir ki, binanın üzərində quraşdırılmış bambuk konstruksiyalarda başlayan alov qısa müddətdə bütün kompleksə yayılıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib.
İlkin məlumata görə, ən az 36 nəfər ölü, 279 nəfərin isə hələ də itkin sayıldığını bildirir. Onlarla sakin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Yanğının bu qədər sürətlə yayılmasına səbəb kimi konstruksiya materiallarının yüksək yanıcılığı və güclü külək göstərilir.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO