Honq-Konqda dəhşətli yanğın 3 gün sonra söndürüldü – FOTOLAR – YENİLƏNİB
Honq-Konqda yaşayış kompleksində yanğın 3 gün sonra tamamilə söndürülüb.
***
Honq Konqun Tay Po rayonunda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 94 nəfərə çatıb.
AZ24.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
***
Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.
Xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.
***
Honkonqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 75-ə çatıb.
AZ24.az xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.
***
Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.
Az24.az xəbər verir ki, yanğında ölənlərin sayı 65-ə çatıb.
***
Honq-Konqun Tai Po rayonundakı Wang Fuk Court yaşayış kompleksində baş verən güclü yanğın şəhərdə son illərin ən böyük faciələrindən birinə çevrilib.
Az24.az xarici mediaya istinadən xəbər verilir ki, hadisə nəticəsində ən azı 44 nəfər həlak olub, 279 nəfər isə itkin kimi qeydiyyata alınıb. Xilasetmə işləri davam edir və rəqəmlərin artacağı istisna edilmir.
İlkin məlumatlara görə, alov binanın xarici hissəsində — tikinti işləri üçün quraşdırılmış bambuk skaffoldinq və yanğına davamlı olmayan örtük səbəbindən sürətlə yayılıb. Şəhər rəhbərliyi hadisə baş verən andan etibarən ən yüksək – 5-ci dərəcəli yanğın siqnalı elan edib.
Hadisədən sonra polis iki tikinti şirkətinin rəhbərini və bir mühəndis-məsləhətçini saxlayıb. Onlar ehtiyatsızlıq nəticəsində ölümə səbəb olmaqda ittiham olunurlar. İstintaq yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu göstərən faktlara əsaslanır.
Faciə zamanı 900-ə yaxın sakin binalardan təxliyə edilib. Onlar müvəqqəti sığınacaqlara yerləşdirilib. Onlarla yaralı xəstəxanalardadır və bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu hadisə 1996-cı ildən bəri Honq-Konqda yaşayış binasında baş verən ən böyük insan tələfatlı yanğındır. Faciə şəhərdə tikinti təhlükəsizliyi standartları, yanğına davamlı materiallardan istifadə və skaffoldinq qaydaları ilə bağlı ciddi müzakirələrə səbəb olub.
Rəsmilər hazırda binada axtarış-xilasetmə əməliyyatlarını davam etdirir və itkin düşənlərlə bağlı yeni məlumatların açıqlanacağı gözlənilir.









Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO