Hindistanda Messi qalmaqalı – Azarkeşlər stadiona girdi

Hindistanda Messi qalmaqalı – Azarkeşlər stadiona girdi

İdman 13.12.2025 23:01 30

Argentinalı futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yekunlaşıb.

AZ24.az xəbər verir ki, Kalkuttada Messini görmək istəyən azarkeşlər təhlükəsizlik tədbirləri səbəbindən futbolçunu yaxından görə bilmədikləri üçün etiraz ediblər. Qəzəblənən azarkeşlər oturacaqları sökərək meydana atıb, yüzlərlə insan isə meydana daxil olub.

Messi stadiona çıxdıqdan təxminən 20 dəqiqə sonra təhlükəsizlik səbəbi ilə ərazidən uzaqlaşdırılıb. Hadisədən sonra Qərbi Benqal ştatının baş naziri Mamata Banerji baş verənləri “narahatedici” adlandırıb və məsələ ilə bağlı araşdırma başladıldığını açıqlayıb.

Reklam