Hərbi tipli dronlar Zelenskinin təyyarəsini hədəf alıb
Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin hava limanına enməyə hazırlaşdığı anda dörd hərbi tipli naməlum dron tərəfindən izlənilib.
Az24.az xəbər verir ki, məlumatı İrlandiyanın “The Journal” nəşri hökumət və təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən yayıb.
Hadisə dekabrın 1-də Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib. Mənbələrin bildirdiyinə görə, uçuş qadağası qüvvədə olmasına baxmayaraq, 4 naməlum pilotsuz aparat prezidentin təyyarəsinin marşrutu boyunca hərəkət edərək eyni trayektoriyanı izləyib.
İlkin araşdırma göstərib ki, dronlar Dublinin şimal-şərqindən havaya qalxıb. Onların quru ərazidən idarə olunub-olunmaması, yoxsa aşkarlanması çətin olan hərbi gəmidən yönləndirilməsi hələlik müəyyən edilməyib.
“The Journal” yazır ki, həmin dronlar daha sonra Zelenskinin səfəri öncəsi İrlandiya dənizində gizli yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus “LÉ William Butler Yeats” patrul gəmisi üzərində də dövrə vurub.
Mənbələrin sözlərinə görə, İrlandiyanın təhlükəsizlik qurumları dronların mənbəyini və məqsədini müəyyən etmək üçün araşdırmaya başlayıb.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”