Həm arıqladır, həm də ürəyi qoruyur
Qara zirə daha çox ədviyyat kimi tanınsa da, Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrikada ənənəvi təbabətdə uzun illərdir istifadə olunur. Yüzillər boyu təbiblər bu toxumların insan sağlamlığını antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində qoruduğuna inanırdılar.
Az24.az xəbər verir ki, Yaponiyanın Osaka Metropolitan Universitetindən olan alimlər isə qara zirədəki bioloji aktiv maddələrin insan orqanizminə müsbət təsir göstərə biləcəyini sübut ediblər.
Arıqlaşma və piylənmə, insulinə qarşı müqavimət, dislipidemiya və ürək-damar xəstəlikləri kimi metabolik pozğunluqlarla bağlı qlobal sağlamlıq problemi sayılır. Yapon alimlərinin apardığı araşdırmaya görə, qara zirə toxumları antiadipogen və hipolipidemik təsirləri vasitəsilə bu xəstəliklərin qarşısını almağa kömək edir.
Tədqiqatda iştirak edən yetkin şəxslər gündə 5 qram qara zirə tozu qəbul edib. Təcrübə göstərib ki, qara zirə və ondan əldə olunan yağ ümumi xolesterolu, “pis” LDL xolesterol və trigliseridlərin səviyyəsini azaldır, eyni zamanda “yaxşı” HDL xolesterol səviyyəsini artırır. Bu, xüsusilə hiperlipidemiyası olan və ya ürək-damar xəstəlikləri risk faktorları olan insanlar üçün faydalıdır.
Qara zirə toxumları yüksək fenol (35,475 mg/q) və flavonoid (39,51 mg/q) tərkibi ilə güclü antioksidant potensiala malikdir. Bundan əlavə, toxumlarda 23 müxtəlif yağ turşusu, əsasən metileikozatrienoat (69,29%), metil-11,14,17-eikozatrienoat (25,2%) və metillinoleat (4,05%) mövcuddur.
Alimlər belə nəticəyə gəlib ki, qara zirə toxumlarının istifadəsi uzun müddətdə ürək-damar xəstəlikləri riskini azaldır və metabolik prosesləri yaxşılaşdırır.
Osaka Universitetindən professor Kodzima-Yuasa qeyd edir: “Bu tədqiqat qara zirənin piylənmənin və həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikası üçün faydalı funksional məhsul olduğunu sübut edir. Qara zirə xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə azaldır”.
Reklam
Oxşar xəbərlər
İmmuniteti gücləndirən 10 QIZIL QAYDA
Gül suyunun faydaları
Gündə 5 dəqiqə gəzmək ömrü UZADIR
Mandarinin ən faydalı hissəsini atırmışıq…
Kifayət qədər su içməmək nələrə səbəb olur?
Çay və qəhvə ağciyərlərin fəaliyyətini yaxşılaşdırır
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Nar bu xəstəlik riskini AZALDA BİLƏR