“Hələ də bunu qəbul edə bilmirəm…” – Nicatdan kövrəldən PAYLAŞIM
Aktyor Nicat Rəhimov mərhum həmkarı Azər Baxşəliyevlə bağlı instaqram hesabında paylaşım edib.
Az24.az xəbər verir ki, paylaşımda deyilir:
“Azərlə bağlı nəsə yazmaq, nəsə paylaşmaq mənə hələ də çox ağır gəlir. Aradan bir il keçib, amma mən hələ də buna inana, bunu qəbul edə bilmirəm. Azərin yoxluğunu dilə gətirmək belə çətindir, elə bil adamın boğazı düyünlənir.
Heç vaxt fikirləşməzdim ki, bir gün “Azik, biz səni heç vaxt unutmayacağıq” sözünü yazmalı olacağam. Həyatın həqiqətini bilirik – hamımız bir gün gəlir, bir gün gedirik. Amma yenə də o söz var: “Ölməli adam deyildi”. “Azik” doğrudan da bu qədər tez getməli insan deyildi…
Onu sevgi ilə xatırlayıram. Allah rəhmət eləsin, əziz qardaşım”.
Xatırladaq ki, A.Baxşəliyev bu il yanvarın 5-i vəfat edib. Mərhum uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir