Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı – FOTO

Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı – FOTO

Dünya 18.12.2025 17:30 187

Tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci həbs edilib

Az24.az xəbər verir ki, tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci narkotiklə bağlı aparılan istintaq çərçivəsində həbs olunub. Bildirilir ki, onun saçından götürülən nümunələrdə narkotik maddə izləri aşkarlanıb.

Qeyd edək ki, Cebeci bundan əvvəl də narkotiklə bağlı araşdırma çərçivəsində müvəqqəti saxlanılmış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı. Lakin istintaqın davamı olaraq o, yenidən ifadə vermək üçün ədliyyəyə çağırılıb və bu dəfə narkotik maddə istifadəsi və istifadənin asanlaşdırılması ittihamları ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzu ilə bağlı jurnalist Cem Küçük TGRT televiziya kanalında yayımlanan verilişdə diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə, Cebecinin mobil telefonunda narkotik maddələrin alınması, yer göstərilməsi və təmin edilməsi ilə bağlı yazışmalar və məlumatlar aşkar edilib. Jurnalist bildirib ki, bu məlumatlar istintaq çərçivəsində başqa şəxslər üçün də ciddi hüquqi nəticələr yarada bilər.

Beləliklə, həm şəxsi narkotik istifadəsi ilə bağlı iddialar, həm də telefon üzərindən aşkar edilən qanunsuz fəaliyyətlər Ela Rümeysa Cebeci’nin həbs olunmasına səbəb olub. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

Dəniz

Reklam