Hava limanlarında böhran – Bu təyyarələrlə uçuşlar ləğv edilir
“Airbus” A320neo və A321neo təyyarələrində günəş radiasiyasının uçuş idarəetmə məlumatlarını poza biləcəyi ilə bağlı təhlükə səbəbindən dünya üzrə təcili xəbərdarlıq yayıb. Bu çərçivədə THY 8, AJet 7, Pegasus isə müəyyən sayda A320 tipli təyyarəsini müvəqqəti olaraq yerə endirib.
Az24.az xəbər verir ki, Avropa təyyarə istehsalçısı “Airbus” açıqlayıb ki, şirkət bu səbəbdən dünya miqyasında bütün A320 təyyarələrini əhatə edən Operator Xəbərdarlıq Bildirişi (AOT) yayımlayıb.
Açıqlamaya görə, yaxın vaxtlarda baş verən bir hadisənin analizi radiasiyanın mühüm uçuş məlumatlarını poza biləcəyini üzə çıxarıb. Təhlükəsizliyi təmin etmək məqsədilə Airbus A320 modelləri üçün təcili proqram təminatı yenilənməsi tələb edir.
Bu tədbirin təxminən 6 min A320 təyyarəsini əhatə edəcəyi gözlənilir.
Türk Hava Yollarının İctimaiyyətlə Əlaqələr Müdiri Yahya Üstün X hesabında aşağıdakı açıqlamaları verib:
“Airbus tərəfindən bütün dünyada A320 tipli təyyarələri əhatə edən bir Operator Xəbərdarlıq Bildirişi (AOT) yayımlanıb. Donanmamızda olan 8 ədəd A320 tipli təyyarəmiz bu çərçivədə qiymətləndirilib və müvafiq təlimatlara uyğun proseslər tamamlandıqdan sonra təhlükəsiz şəkildə yenidən istismara veriləcək.”
Pegasus şirkərinin yaydığı açıqlamasında isə qeyd edilib:
“Airbus, dünyada fəaliyyət göstərən bütün A320 ailəsi təyyarələrini əhatə edən Operator Xəbərdarlıq Bildirişi yayımlayıb. Pegasus Hava Yolları olaraq, bu kateqoriyaya daxil olan təyyarələrimizdə bildirişdəki təlimatlara uyğun proseslər həyata keçirilir. Ən yüksək səviyyədə təhlükəsiz əməliyyat təmin etmək məqsədilə EASA və Airbus ilə koordinasiyalı şəkildə prosesi sürətləndiririk. Bu müddətdə əməliyyatların və sərnişinlərimizin minimum dərəcədə təsirlənməsi üçün çalışırıq. Uçuşların ləğvi və gecikmələri ilə bağlı məlumatlandırmaları izləməyinizi xahiş edirik.”
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”