Harri Keyn “Barselona” iddialarına cavab verdi
İngiltərə millisinin və “Bavariya” klubunun hücumçusu Harri Keyn İspaniyanın “Barselona” klubu ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.
AZ24.az xəbər verir ki, Keyn onunla bağlı səslənən iddiaları qəti şəkildə təkzib edib və Münhendə qalmaq istədiyini vurğulayıb.
“Kimlərin bu barədə danışdığını bilmirəm, amma mənə heç bir təklif gəlməyib. Özümü burada çox rahat və xoşbəxt hiss edirəm”, – ulduz futbolçu açıqlamasında deyib. Harri Keyn bildirib ki, hazırda bütün diqqəti “Bavariya”nın nəticələrinə yönəlib və gələcək transfer planlarını müzakirə etmir.
Qeyd edək ki, son günlər İspaniya mətbuatında “Barselona”nın Robert Levandovskinin mümkün əvəzləyicisi kimi Harri Keyni nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun açıqlaması bu ehtimalları rəsmən təkzib etmiş olub.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi