Az24.az – ölkədə və dünyada baş verən ən son xəbərləri oxuculara operativ, dəqiq və qərəzsiz şəkildə çatdırmağı hədəfləyən müstəqil xəbər portalıdır. Qarşıya qoyduğumuz əsas məqsəd cəmiyyətin doğru məlumatlandırılmasına töhfə vermək, informasiyanın əlçatanlığını artırmaqdır.
Saytımız təcrübəli media komandası tərəfindən idarə olunur və biz təkcə xəbərlərin təqdimatı ilə kifayətlənmirik. Media sahəsinə maraq göstərən gənclərin inkişafına dəstək vermək, onların bilik və bacarıqlarını artıraraq peşəkar jurnalist kimi yetişmələrinə imkan yaratmaq da fəaliyyətimizin mühüm istiqamətlərindəndir.
“Muğanın səsi” qəzeti kollektivindən aldığımız xüsusi dəstək ilə, bölgədə baş verən hadisələrə xüsusi diqqət ayırır, Muğan bölgəsinə dair eksklüziv xəbərləri onlayn platformamızda oxuculara təqdim edirik. Bu yolla həm region mediasına dəstək olur, həm də ölkənin hər yerindən oxucular üçün daha geniş informasiya axını təmin edirik.
Az24.az hər zaman etibarlı mənbələrə əsaslanan xəbərçilik prinsiplərinə sadiqdir. Müstəqil redaksiya siyasətimizlə sosial, siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə ən aktual məlumatları sizə zamanında çatdırmağa davam edəcəyik.
Direktor/Təsisçi: Yusif Fərəcov