Hamilə qadın qarın boşluğu açılmadan əməliyyatla uşaq dünyaya gətirdi
İsrailin Petah-Tikva şəhərində yerləşən Rabin Tibb Mərkəzinin həkimləri dünyada ilk dəfə gec hamiləlik dövründə olan qadına qarın boşluğunu açmadan robotik-laparoskopik əməliyyat həyata keçiriblər.
Az24.az xəbər verir ki, 23 yaşlı Tsofiya Leyboviçdə əvvəlcə kəskin bağırsaq iltihabı aşkarlanıb, daha sonra Kron xəstəliyi diaqnozu qoyulub. Hamiləliyin 32-ci həftəsində onun vəziyyəti kritikləşib və təcili şəkildə robotik rezeksiya əməliyyatı aparılıb.
Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri doktor Yan Uaytın sözlərinə görə, bu cür hallarda adətən açıq əməliyyat aparılır və bu, çox vaxt vaxtından əvvəl doğuşa səbəb olur. Lakin həkimlər ilk dəfə olaraq hamiləliyi qorumaq üçün minimal invaziv laparoskopik müdaxilə seçiblər.
Əməliyyatı doktor Uayt, professor Asnat Valfiş və professor Eran Hadar daxil olmaqla onlarla mütəxəssis icra edib. Müdaxilə uğurlu alınıb və Leyboviç bir neçə həftə sonra sağlam qız uşağı dünyaya gətirib.
Mütəxəssislər bildirirlər ki, dünyada analoqu olmayan bu əməliyyat hamilə qadınlarda ağır bağırsaq xəstəliklərinin müalicəsi üçün yeni imkanlar açır.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir