Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycandan gedən yük maşınları saxlanılır.
Az24.az xəbər verir ki, TIR sürücülərindən biri Aslan Kərimovun “Report”un Gürcüstan bürosuna bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:
“Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.
A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.
Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.
Gürcüstandakı Azərbaycan səfirliyindən isə məlumat verilib ki, yazılı ərizə ilə onlara müraciət edilib və onlar da bu işlə məşğuldurlar.
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ