Günün qoroskopu: Uğura aparan gündür
Bu gün bürclərin əksəriyyəti üçün aktivlik və yeni qərarlar ön plana çıxır. Planetlərin bu günkü təsiri həm münasibətlərdə, həm də gündəlik işlərdə diqqətli olmağı, eyni zamanda fürsətləri dəyərləndirməyi tövsiyə edir.
Qoç
Bu gün özünüzü daha yüngül və motivasiyalı hiss edə bilərsiniz. Bir müddətdir başlayıb tamamlamadığınız işləri yekunlaşdırmaq üçün əla gündür. Axşama doğru sizi sevindirən bir xəbər də gələ bilər.
Buğa
Pul və iş mövzularında beyniniz aydın işləyir. Gözünüzə xırda detalları da dəyir və bu sizə fayda gətirəcək. Günün sonunda rahat bir nəfəs alacaqsınız.
Əkizlər
Ünsiyyət bugün sizə çox yaxşı təsir edəcək. Danışdıqca, paylaşıdıqca həm özünüzü ifadə edirsiniz, həm də başqalarından dəstək görürsünüz. Gözlənilməz xoş söhbətlər ola bilər.
Xərçəng
Bir az həssas olsanız da, bu gün hər şey yoluna düşəcək. Ev, ailə və yaxınlarla bağlı xoş anlar yaşana bilər. Günün sonuna doğru sakitlik və rahatlıq üstünlük təşkil edəcək.
Şir
Gün sizə enerji və özünüifadə imkanı gətirir. Planlaşdırdığınız bir işdən yaxşı nəticə ala bilərsiniz. Ətrafdan gələn dəstək də motivasiyanızı artıracaq.
Qız
Bu gün düzən və plan məsələlərində üstünlüyünüz var. Evdə və ya işdə uzun zamandır gözləyən işləri çözmək üçün yaxşı vaxtdır. Kiçik, amma sevindirici irəliləyişlər mümkündür.
Tərəzi
Bu gün balansı qorumaq sizə rahatlıq verəcək. Münasibətlərdə səmimi söhbət çox şeyi yoluna qoyacaq. Maddi mövzuda da kiçik bir irəliləyiş mümkündür.
Əqrəb
Daxili enerjiniz yüksəlir və bu da qərarlarınıza pozitiv təsir edir. Gözlənilməz bir xəbər və ya imkan ortaya çıxa bilər. Bugün intuisiya sizə düzgün yol göstərir.
Oxatan
Gün aktiv və hərəkətli keçir. Yeni fikirlər, planlar və hətta kiçik səfər düşüncələri belə ruhunuzu yüngülləşdirəcək. Ətrafdan gələn yaxşı enerji sizə çox təsir edir.
Oğlaq
Bu gün iş və məsuliyyətlər sizə ağır gəlməyəcək — əksinə, nəticə görmək sizi sevindirəcək. Əziyyətinizin bəhrəsini almağa yaxşınızdır. Günün sonu daha rahat olacaq.
Dolça
Fikirləriniz açıqdır, kreativ düşünürsünüz. Sosial mühitdə yeni insanlar və ya maraqlı söhbətlər ola bilər. Bu günün enerjisi sizə çox uyğundur.
Balıq
Balıqlar üçün sakit və müsbət enerjili bir gündür. Ev və ailə ilə bağlı məsələlərdə gözəl irəliləyişlər ola bilər. İntuisiya sizə bu gün dəstək olacaq.
Altay
Reklam
Oxşar xəbərlər
Bu bürclərin həyatını dəyişəcək dövr başladı
Günün qoroskopu: “Sevindirici xəbər ala bilərsən”
Dekabrda bürcləri nə gözləyir?
Günün qoroskopu: “Gözlənilməz xəbərlər yaxınlaşır”
Günün qoroskopu: “Qarşına çıxan işarələrə diqqət et”
At ili kimlərə uğur, kimlərə çətinlik gətirəcək?
Günün qoroskopu: “Yeni yollar açılır”