az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR

Günəş işığı kişilərdə depressiya riskini AZALDIR

Maraqlı, Sağlamlıq 05.02.2026 15:07 12

Günəş işığına üstünlük verən və açıq havada daha çox vaxt keçirən kişilərdə depressiya əlamətləri və yuxu problemləri daha az olur.

AZ24.az xəbər verir ki, bu, amerikalı tədqiqatçıların 2009-2020-ci illər üzrə ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarını təhlil etdikdən sonra gəldiyi nəticədir.

Tədqiqat “PLOS ONE” jurnalında dərc olunub.

Tədqiqatda elm adamları yeni ölçüdən – “günəş yaxınlığı”ndan istifadə ediblər. Bu, insanın günəşə məruz qalması ilə psixoloji cəhətdən nə qədər rahat olduğunu və əslində nə qədər tez-tez çölə çıxdığını əks etdirir.

Göstərici həm üstünlükləri (məsələn, kölgədə deyil, günəşdə olmaq istəyi), həm də faktiki davranışı – gündüz saatlarında açıq havada sərf olunan vaxtı nəzərə alır.

Müəlliflər qeyd edirlər ki, günəş işığına həvəs bioloji proseslərlə, o cümlədən sirkadiyalı ritmlər, melatonin istehsalı və serotoninin tənzimlənməsi ilə bağlıdır. Günəş işığına yüksək yaxınlığı olan insanlar daha çox ayıq, yaxşı əhval-ruhiyyədə və gündüz saatlarında daha aktiv hiss etdiklərini bildirirlər.

Eyni zamanda, aşağı yaxınlıq parlaq işıqda narahatlıq və qaranlıq məkanlara üstünlük verməkdə özünü göstərə bilər.

Yeganə

Reklam