Gültəkin Hacıbəyli Ramiz Mehdiyevə sevgisini belə ETİRAF RDİB – VİDEO
Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda radikal müxalifət olan Milli Şuranın aparıcı simalarından sayılan Gültəkin Hacıbəyli barədə diqqətçəkən video yayılıb.
Az24.az Musavat.com-a istinadla xəbər verir ki, paylaşılan görüntülərdə Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Ramiz Mehdiyev haqqında ürəkdən gələn səmimi və tərif dolu fikirlər səsləndirir.
Videoda o, bütün varlığı ilə Ramiz Mehdiyevi yüksək dəyərləndirdiyini bildirir, onu “sərraf adam”, “dövlətə bağlı şəxs” kimi təqdim edir. Deyir ki, Ramiz Mehdiyevin içində bir həssas ürək var. Hətta o qədər irəli gedir ki, “Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq”, – deyə vurğulayır.
Gültəkin Hacıbəyli çıxışında deyir ki, Ramiz Mehdiyevin nüfuzu və qorxusu olmasaydı, çoxları daha pis və xain addımlar atardı.
Maraqlıdır ki, hazırda ölkədən kənarda olduğu, qaçdığı bildirilən Gültəkin Hacıbəyli son günlər tam əks mövqe sərgiləyir. O, Ramiz Mehdiyevlə heç bir bağlılığının olmadığını, əksinə, onun özünə qarşı daim düşmənçilik etdiyini iddia edir və bu şəxslə “mübarizə apardığını” bəyan edir. Ancaq yayılan kadrlarda tam fərqli mənzərə görünür: Gültəkin Hacıbəylinin danışıq tonu, mimikaları və hissləri onun Ramiz Mehdiyevə qarşı o zamanlar hansı səviyyədə sevgi və heyranlıq bəslədiyini açıq şəkildə göstərir.
Sosial şəbəkədə gündəm yaradan həmin video-görüntüləri təqdim edirik:
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO