Güllünün ölümü ilə bağlı QANDONDURAN İDDİA: “Anamı öldür, sənə ev verim”

Güllünün ölümü ilə bağlı QANDONDURAN İDDİA: “Anamı öldür, sənə ev verim”

Dünya 26.11.2025 10:41 5

Yalovada evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli müğənni Güllünün ölümü (Gülten Fatma Tatar) ilə bağlı istintaq davam edərkən hadisəni daha da mürəkkəbləşdirən yeni iddia ortaya çıxıb.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənninin nəvəsinin baxıcısının oğlu Osman Yıldız sosial mediada açıqlama verərək bildirib ki, Güllünün qızı Tuğyan Ülkem Gülter ona anasını öldürməsi qarşılığında pul və bir mənzil təklif edib.

“Təxminən 15–20 gün əvvəl Tuğyanın israrı ilə çıxıb bəzi açıqlamalar etdim. Orada dediyim hər şey Tuğyanın mənə deməyim üçün diktə etdiyi ifadələr idi. Tuğyan Güllü xanımın ölümündən təxminən 1 ay əvvəl mənə 5–6 dəfə “anamı bıçaqla və ya silahla öldür” şəklində təklif edib. Mənə “evin arxa tərəfində bir giriş var, oranı açıq şəkildə görən kamera yoxdur, maşını park edərkən və ya maşına minərkən onu öldürə bilərsən” kimi fikirlər verib.

Hər dəfə bu sözləri rədd etdim, lakin qorxduğum və heç kimin mənə inanmayacağını düşündüyüm üçün həmin vaxt bunu heç bir yerə bildirə bilmədim. Tuğyan bu işi həyata keçirsəm mənə bir mənzil verəcəyini və “orada ananla birlikdə yaşaya bilərsən” deyə təklif də edib. Mənim Güllü xanıma qarşı heç bir şəkildə zərər vermək niyyətim olmayıb. O, mənə və anama çox yaxşılıq edib, biz onun çörəyini yemişik.

Hadisə gecəsi bu cinayətin tək başına həyata keçirilməsinin mümkün olmadığını düşünürəm. Əgər tək etmişdisə belə, bunun yalnız narkotik təsiri altında ola biləcəyini düşünürəm. Mənim fikrimcə, evdə bu iş tək bir nəfər tərəfindən görülməyib. Bu açıqlamam bir ihbar xarakteri daşıyır. Məsələ ilə bağlı ətraflı ifadəmi prokurorluğa verəcəyəm.”

Güllünün ölümü hələ də “qəza, intihar, yoxsa qətl?” sualı altında araşdırılır və bu yeni iddia işin gedişini daha da çətinləşdirib.

Reklam