Güllünün oğlu prokurorluqda ifadə verdi

Güllünün oğlu prokurorluqda ifadə verdi

Dünya 17.12.2025 10:15 12

Yalovada yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün (əsl adı Gül Tut) qızının həbs olunmasından sonra bu dəfə onun oğlu Tuğberk Yağız Gülter prokurorluqda ifadə verib.

Az24.az xəbər verir ki, araşdırma çərçivəsində şikayətçi qismində ifadəyə çağırılan oğlu Tuğberk Yağız Gülter vəkili ilə birlikdə Yalova Ədliyyəsinə gəlib və təxminən 5 saat prokurorluqda ifadə verib.

Ədliyyədən çıxarkən jurnalistlərin suallarını cavabsız qoyan Gülter yalnız bunları deyib: “Lazımi açıqlamalarımı verdim, bildiklərimi danışdım. Bundan sonrakı açıqlamaları vəkillər edəcək.”

Prokurorluqdakı ifadəsində Tuğberk Yağız Gülter anasının pəncərələrdən çox qorxduğunu da bildirib: “Anam pəncərələrdən həmişə qorxardı. Hətta ev təmizləyən qadına belə “mən görməyim, mən çıxandan sonra pəncərələri sil” deyərdi. Asanlıqla pəncərəyə yaxınlaşmazdı, yalnız məcbur qaldıqda yaxınlaşardı. Yəni onun pəncərə travması vardı. Əgər anam bir cinayətin qurbanı olubsa, bu işdə əli olan hər kəsdən şikayətçiyəm. Amma əgər bacımın bu hadisə ilə heç bir əlaqəsi yoxdursa, ondan şikayətçi deyiləm.”

Xatırladaq ki, Güllü kimi tanınan müğənni Gül Tut sentyabrın 26-da Çınarcık rayonunun Harmanlar məhəlləsində, Vali Akı küçəsində yerləşən 6 mərtəbəli binadakı mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Hadisə ilə bağlı Yalova Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Müğənninin meyiti yarılmadan sonra İstanbulda dəfn olunub.

Aparılan texniki və fiziki izləmələrdən sonra əvvəl verdiyi üç ifadədə ziddiyyətli danışan Güllünün qızı Tuğyan Ülkem Gülter və onun rəfiqəsi Sultan Nur Ulu İstanbulda çamadanlarla gedərkən polis tərəfindən saxlanılıb. Tuğyan Ülkem Gülter “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub.

Dəniz

Reklam