Güllünün müəmmalı ölümündə YENİ SÜBUT: Qızının xaricə qaçış planı ifşa edildi

Güllünün müəmmalı ölümündə YENİ SÜBUT: Qızının xaricə qaçış planı ifşa edildi

Dünya 03.12.2025 10:22 3

Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirən müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan istintaq daha da dərinləşir.

Az24.az xəbər verir ki, müğənninin qızı Tuğyan Ülkem Gülter ilə yaxın dostu Sultan Ulu arasında olan səs yazıları da iş materiallarına daxil edilib. Yazılarda xaricə qaçış planı ilə bağlı diqqətçəkən ifadələr yer alıb.

ATV-nin əldə etdiyi məlumata görə, Güllünün öldüyü gün evdə olan dostlarından Sultan Nur Ulunun onu xaricə qaçmaq üçün plan qurduğu barədə səs yazıları aşkarlanıb. Yazılarda Tuğyan Ülkem Gülterin “Fransaya necə gedəcəyini anladın, deyilmi? Pasportsuz, TIR-la. Fransaya birbaşa gedə bilərik, bir də Gürcüstan variantımız var hələ” dediyi eşidilir.

Qeyd edək ki, 2025-ci il sentyabrın 26-da, saat 01:30 radələrində Yalovanın Çınarcık rayonunda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən evinin pəncərəsindən düşən sənətçi Güllü, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirmişdi. Ölümündən dərhal sonra başlanan istintaq “Güllü təsadüfənmi yıxılıb, yoxsa öldürülüb?” sualını gündəmə gətirmişdi. İstintaqın irəliləməsi ilə şübhələr xüsusilə Güllünün qızı Tuğyan Ülkem Gülter üzərində cəmləşməyə başladı.

Əldə edilən məlumatlara görə, Tuğyan Ülkem Gülterin anasının ölümünü istədiyinə dair mesajlar göndərdiyi yaxın dostu Bircan Dülgerlə yazışmaları da istintaq materiallarına daxil edilib. Bu yazışmalarda ortaya çıxan ifadələr hadisənin gedişatını dəyişə biləcək əhəmiyyət daşıyır.

Dülgerin səs yazılarında onun “Görünür ki, bu işdə heç bir günahım olmadığı halda mən yanacağam. Amma mən sabah prokurorluqda səni yandıracağam, Tuğyan” dediyi eşidilir. Eyni yazıda Tuğyan Ülkem Gülterin “Bacı, sən gəlib demədinmi ki, “Ferdi məni oğlumla hədələyib?” sözlərinə Dülger belə cavab verir: “Yaxşı, məni hədələyib demiş ola bilərəm, amma Fərdinin adamı o mesajların hamısını tam şəkildə çıxardıb.”

Bundan başqa istintaq materiallarına daxil edilən mesajlarda Tuğyanın Dülgerə “Bacı, sənin çevrən genişdir, məni bu qadından qurtar. Anam ölsün” ifadələrindən istifadə etdiyi üzə çıxıb. Bu mesajlar istintaqa rəhbərlik edən prokurorlar tərəfindən diqqətlə araşdırılır.

Dəniz

Reklam