Güllələnmiş meyiti tapılan Nicat bu vəzifəli şəxsin oğlu imiş – FOTO

Güllələnmiş meyiti tapılan Nicat bu vəzifəli şəxsin oğlu imiş – FOTO

Cəmiyyət 09.12.2025 09:51 87

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.

Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nicat qurumda məsul vəzifələrdən birini tutub.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Reklam