Göygölün yeni icra başçısı bu vəzifəli şəxsin oğludur – FOTO
Ölkə başçısının dünən imzaladığı sərəncamla Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Az24.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Vüqar Novruzov yüksək vəzifəli məmurun oğludur. Belə ki, onun atası Vahid Novruzov uzun illərdi ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində çalışır.
75 yaşlı Vahid Novruzov iqtisad elmləri doktoru, professordur. O, 1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.

29 ildir Auditorlar Palatasına rəhbərlik edən Vahid Novruzov 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
İcra başçısı kimi Naftalandan Göygölə transfer edilən Vüqar Vahid oğlu Novruzov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003-2007-ci illərdə Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
4 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Dünən isə o Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Vüqar Novruzov 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.
Reklam
Oxşar xəbərlər
Alen Simonyan Bakıdan dəvət gözləyir
Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Nazirlikdə yeni təyinat – FOTO
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Prezident ərzaq təminatı ilə bağlı VACİB FƏRMAN imzaladı
Türkiyə və Belarus sülh danışıqlarında vasitəçi ola bilər – Lavrov
Ukrayna və ABŞ Trampın sülh planı ilə bağlı RAZILIĞA GƏLDİ
Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI