“Google”un yeni modeli “ChatGPT”yə rəqib ola bilər
“Google” noyabr ayında rəsmi olaraq yeni nəsil süni intellekt modeli “Gemini 3″ü təqdim edib. Şirkət bu modeli indiyədək yaratdığı ən güclü sistemlərdən biri olduğunu bildirib. Bir çox beynəlxalq media qurumu onun “ChatGPT” üçün real rəqib ola biləcəyini yazır.
“Google”un rəsmi açıqlamasında “Gemini 3″ün daha geniş məlumat bazası, gücləndirilmiş məntiqi analiz imkanları və multimodal emal bacarıqları önə çıxır. Lakin mediada yayılan iddialarda modelin səs, şəkil və video daxil olmaqla daha geniş funksiyaları dəstəklədiyi və yüksək sürətlə işlədiyi bildirilir. Bu xüsusiyyətlərin hamısı hələ şirkət tərəfindən tam təsdiqlənməsə də, beynəlxalq texnologiya portallarında intensiv müzakirə olunur.
Ekspertlər hesab edir ki, rəsmi açıqlanan xüsusiyyətlərə və yayılan iddialara əsasən, “Gemini 3” süni intellekt bazarında rəqabəti daha da gücləndirə bilər. “Google”un modeli ilə “ChatGPT” arasında potensial mübarizənin 2026-cı ildə bu sahədə yeni mərhələ yaradacağı gözlənilir. Şirkət isə hazırda mediada yayılan əlavə iddiaları nə təsdiqləyib, nə də təkzib edib.
Altay
Reklam
Oxşar xəbərlər
Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
Kompüterlərdə mavi ekran xətası nədən xəbər verir?
Wi-Fi zəifdirsə bunları edin – Sürət dərhal ARTACAQ
Android istifadəçiləri üçün təhlükəli tətbiqlər – DƏRHAL SİLİN
“Deepfake” videoları necə tanımaq olar? – Bunlara DİQQƏT EDİN
Süni intellekt zehnimizdəki məlumatları mətnə çevirə biləcək