General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb.
Az24.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib.
Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb.
Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri, polkovnik-leytenant Yasin Muradov da ifadə verib. O və digər zərərçəkmiş Kəmalə Əliyeva jurnalistin zalda iştirakına qarşı çıxıb. Onlar təqsirləndirilən şəxsin külli miqdarda pullarını ələ keçirdiyini bildirərək bunu şəxsi məsələ kimi qiymətləndiriblər.
Prosesə sədrlik edən hakim jurnalistin zalda qalmasına icazə verməyərək əməkdaşımızı zaldan kənarlaşdırıb.
Prosesin tərəflərin qarşılıqlı ittihamları ilə gərgin keçdiyi, təqsirləndirilən şəxsin ona 200 min manatdan çox pul verdiyini deyən zərərçəkmiş Yasin Muradovla mübahisə etdiyini öyrəndik. Ayaz Bayramov yenə zərərçəkmişlərin Raul Zeynalovun sifarişi ilə danışdıqlarını deyib.
Əldə etdiyimiz digər məlumata görə, növbəti dəfə general Raul Zeynalov məhkəməyə çağırılacaq.
Qeyd edək ki, Kapitan Ayaz Bayramov Fövqəladə Hallar Nazirliyində işləyib. O, işlədiyi idarənin rəis müavini olmuş general Raul Zeynalov, idarənin daha iki zabiti və başqa 6 nəfərin 3 milyon manata yaxın pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl saxlanıldığı istintaq təcridxanasından 28 vərəqlik məktub göndərmişdi. Kapitan həbsinə görə general Raul Zeynalovu günahlandırıb, onun general rütbəsinə və nazirliyin adına xələl gətirən hərəkətlərinə görə işdən qovulduğunu deyib.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR