Gənc fotoqrafın ölümü ilə bağlı GİZLİNLƏR: Anasına səs atıb, halallıq istəyib
Xəbər verdiyimiz kimi, Bakıda 39 yaşlı fotoqrafın meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb. Əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun intihar etdiyi ehtimal olunur. Hazırda Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Az24.az xəbər verir ki, E. Zeynalovun əmisi oğlu Səbuhi Zeynalov bununla bağlı Musavat.com-a danışıb.
O bildirib ki, əmisi oğlu ikinci qrup əlil imiş və 18 il imiş ki, şiddətli ağrılardan əziyyət çəkirmiş: “Ağrılar onun psixologiyasını pozmuşdu. Dözə bilmirdi. Uzun illər idi ki, müalicələr alırdı, amma faydası olmurdu. Həkimlər ona oturaq sinir diaqnozunu qoymuşdular. Ayağının biri inkişafdan qalmışdı, yeriməkdə çətinlik çəkirdi. Son vaxtlar isə ağrıları şiddətlənmişdi”.
S. Zeynalov əmisi oğlunun ana və atası ilə birgə yaşadığını deyib: “Subay idi, ailə ilə birgə qalırdı. İntihar edəcəyini düşünməzdik. Sonuncu dəfə səhər saat 5 radələrində anasına vatsap vasitəsi ilə səs atıb vidalaşıb, deyib ki, halallıq ver. Əmim oğlu bu xəstəliyi hərbi xidmətdə olarkən qazanmışdı. Həmin vaxt sudurqa olmuşdu və komaya düşmüşdü. Elə o zamanlardan xəstəlik ayağında hiss olunmağa başlamışdı”.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı