Gəlir vergisini sahibkar, yoxsa işçi verəcək? – AÇIQLAMA
2026-cı il yanvarın 1-dən özəl sektorda gəlir vergisi ilə bağlı mövcud güzəştlərin müddəti başa çatır.
Az24.az xəbər verir ki, yeni təklif olunan layihəyə əsasən, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşların gəlir vergisi mərhələli şəkildə tətbiq olunacaq.
Belə ki, 2500 manatadək olan əməkhaqqıdan 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% verginin tutulması təklif olunur.
Milli Məclisin deputatı Vüqar Bayramov Milli.Az-a açıqlamasında bildirib ki, mərhələli yanaşmanın məqsədi, ilk mərhələdə həm sahibkarlar, həm də işçilər üçün ciddi maliyyə yükü yaratmamaq və adaptasiya üçün vaxt təmin etməkdir.
V.Bayramovun sözlərinə görə, gəlir vergisinin fəlsəfəsi ondan ibarətdir ki, vergi işçi tərəfindən ödənilir:
Deputat izah edib ki, əmək haqqı 1000 manat olan vətəndaş üçün 200 manat vergidən azadolunan hissə azaldılır, qalan 800 manat isə 3% vergiyə cəlb olunur. Beləliklə, bu işçi üçün ödədiyi vergi məbləği 24 manat olur:
“Bizim tövsiyəmiz ondan ibarətdir ki, bu, sahibkarlar tərəfindən kompensasiya edilsin. Sahibkar əmək haqqını müəyyən qədər artırmaqla bu xərci kompensasiya edə bilərlər”.
Millət vəkili vurğulayıb ki, dəyişiklik özəl sektora şamil oldunduğuna görə, kompensasiya məsələsi sahibkarların qəbul edəcəyi könüllü qərardır:
“Çünki qanunvericilik, vergi qaydaları və beynəlxalq təcrübəyə görə gəlir vergisi əsasən işçilər tərəfindən ödənilir”.
Reklam
Oxşar xəbərlər
Benzin və dizel bahalaşacaq? – AÇIQLAMA
DSMF-nin 2026-cı il büdcəsi birinci oxunuşda təsdiqləndi
Bu şəxslər daha az vergi ödəyəcək
Böyük Qayıdış xərcləri ilin sonuna 22 milyarda çatacaq – Nazir
2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olacaq?
“Lukoil” Azərbaycanı tərk edir – Bu tarixdə
Azərbaycanlı milyarderin külli miqdarda vergi borcu var
200 min manatlıq vergi limiti iki dəfə artırılır