Gəlinə kiloyla qızıl taxıldı, pullar sandıqlara sığmadı – Hamı bu toydan danışır
Şanlıurfada keçirilən bir aşirət toyunda Şimali iraqlı vəkil gəlinə kiloqramlarla qızıl taxılıb. Toya qatılan qonaqlar pul səpmək üçün sanki bir-biri ilə yarışıb. Möhtəşəm toy gecənin gec saatlarına qədər davam edib.
Az24.az xəbər verir ki, keçmiş AK Partiya Şanlıurfa millət vəkili Zülfikar İzolun qardaşı oğlu, vəkil Kahraman Zülfikar İzol (26) ilə Məsud Bərzaninin vəkili olan əmisinin oğlu Abdülkərim Bərzaninin vəkil qızı Nazdar Bərzani (25) möhtəşəm bir toy mərasimi ilə ailə qurublar.
Şanlıurfada təşkil olunan toy mərasiminə İzol aşirətinin liderlərindən olan, keçmiş AK Partiya Şanlıurfa millət vəkili Zülfikar İzol, eləcə də bölgədəki digər aşirətlərin nüfuzlu nümayəndələri və minlərlə qonaq qatılıb. Toyda müğənni İzzet Yıldızhan səhnə alıb.
Qonaqlar bəy və gəlinin ətrafına toplaşaraq dəstə-dəstə pul səpiblər. Saçılan pullar tədbir işçiləri tərəfindən toplanaraq sandıqlara yığılıb. Gəlinə kiloqramlarla qızıl taxılıb.
Qızıllar, qızıl kəmər, boyunbağılar, almaz üzük və qızıl tacla halaya qalxan gəlin zinət əşyalarının ağırlığı səbəbindən bir müddət sonra oturmaq məcburiyyətində qalıb.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
Toy karvanında “avtoş”luq edənlər həbs olundu – FOTO
Ölkədə qriplə bağlı ümumi vəziyyət AÇIQLANDI