Gəlin qaynının 9 minlik qızılını oğurladı
Lənkəranda gəlin qaynının qızıllarını oğurlayıb.
Az24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.
İttiham aktına görə, 27 yaşlı Fəridə Səlimova ailəsi ilə yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsində qaynına məxsus 9280 manatlıq qızılları oğurlayıb. Məlumata görə, hadisə olan günü onun qaynı və ailəsi Bakıda yas məclisində olublar. Fəridə bundan istifadə edərək, qaynının yataq otağında döşəyin altında və paltar dolabında olan ümumilikdə 9280 manatlıq qızılı götürüb.
Buna görə də o saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən ona dəyən ziyanın tam ödənildiyini və gəlini Fəridə Səlimovanı bağışladığını deyib. Təqsirləndirilən şəxs də himayəsində 1 azyaşlı övladı olduğu üçün məhkəmədən yüngül cəza verilməsini istəyib.
Lənkəran şəhər Məhkəməsinin qərarı ilə Fəridə Səlimova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Reklam
Oxşar xəbərlər
Bərdə və Ağdamda odlu silah alveri edən qrup saxlanıldı – FOTO
Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO
Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU
Rəhman Əsgərova küçə itləri hücum etdi – FOTO
Bakı-Sumqayıt yolunda avtobus yandı – FOTO
Tanınmış alim və pedaqoq vəfat etdi – FOTO