Gələn ildən bu şəxslər Gürcüstana buraxılmayacaq – XƏBƏRDARLIQ
1 yanvar 2026-dan Gürcüstana gedən xarici vətəndaşlar üçün yeni qayda qüvvəyə minəcək.
Az24.az milli.az-a istinadla xəbər verir ki, ölkəyə giriş zamanı tibbi sığortası olmayan şəxslər sərhəddən buraxılmaya bilər.
Yeni tələblə bağlı rəsmi məlumatda bildirilir ki, sığorta turistin Gürcüstanda qalacağı bütün müddəti əhatə etməlidir. Paket xəstəlik, qəza, təcili tibbi yardım, xəstəxanaya yerləşdirmə və ehtiyac yaranarsa, tibbi təxliyə xərclərini qarşılamaq gücündə olmalıdır.
Qərar son aylarda ölkəyə gələn əcnəbilərin tibbi xidmətlərdən istifadəsi ilə bağlı artan xərc yükü fonunda qəbul edilib.
Gürcüstan rəsmiləri bildirirlər ki, sığorta tələbi həm turistin öz təhlükəsizliyi, həm də ölkənin səhiyyə resurslarının qorunması üçün nəzərdə tutulub.
Turizm şirkətləri artıq qayda ilə bağlı xəbərdarlıqları gücləndirib. Azərbaycan vətəndaşlarından da 2026-cı ildən etibarən sığortasız səfər planlaşdırmamaq tövsiyə olunur.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”