Gələn il işsizlərə bu məbləğdə sığorta ödənişi veriləcək – VİDEO
Gələn il işsizliyə görə sığorta ödənişi artırılacaq.
Az24.az Xəzər TV-yə istinadən bildirir ki, 2026-cı ildə işsizliyə görə sığorta ödənişi üçün 28 milyon manat vəsait nəzərdə tutulur.
Rəqəmlər Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.
Mövzu ilə bağlı danışan iqdisaçı Xalid Kərimli deyir ki, işsizlikdən sığortahaqqı yalnız əmək müqaviləsi ilə rəsmi şəkildə çalışan və qanuni əsaslarla işdən çıxarılmış şəxslərə verilir. Vətəndaşlar işsiz kimi qeydiyyata alınmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli şöbələrinə və ya DOST mərkəzlərinə müraciət etmədən bu statusu əldə edə bilməzlər. Ödənişlər isə əməkhaqqının səviyyəsindən asılıdır.
İqtisadçı artımın minum əməkhaqqına uyğunlaşdırlmasına da diqqət çəkib.
Qeyd edək ki, işsizliyə görə sığorta ödənişinin ortaaylıq məbləği cari ilin sonunda 441.67 manat, 2026-cı ildə isə 450 manat olacağı proqnozlaşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Reklam
Oxşar xəbərlər
Noyabr ayının sosial yardımları tam ödənildi
Bakıda xüsusi təyinatlı texnikalar hazır vəziyyətə gətirildi
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu ərazilərdə işıq olmayacaq
Bu şəxslərin maaşı 1971 manat oldu
Bu rayonlarda qaz kəsiləcək
Sabah bu rayonun qazı kəsiləcək
İşsizlərə ŞAD XƏBƏR: 16 manat ödəmək məcburi deyil