Gələn il 25 min müəllim sertifikasiyaya cəlb olunacaq
2022–2025-ci illərdə 84 min müəllim sertifikatlaşdırmaya cəlb olunub. Onlardan 73 min nəfəri bu prosesi uğurla keçib. 49 mindən çox müəllimin əmək haqqına 10%, 24 mindən çox müəllimin əmək haqqına isə 35% əlavə edilib.
Az24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Nəticədə 10% əlavə olunan müəllimlərin orta əmək haqqı: 1010 manat (vergi daxil), 35% əlavə olunan müəllimlərin orta əmək haqqı: 1320 manat təşkil edir.
Gələn il əlavə 25 min müəllimin bu prosesə cəlb olunması planlaşdırılır. Bunun üçün dövlət büdcəsindən əlavə 58,4 milyon manat, ümumilikdə isə 213 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb”, – o qeyd edib. (Modern.az)
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək