Gecə yarısı oyananlara həkimdən qızıl dəyərində TÖVSİYƏ
Gecənin bir yarısı qəfil oyanıb saata baxdığınızda hələ səhər olmadığını yenə görürsünüzmü? Bu təkrarlanan hal bir çox insanda narahatlıq yaradır. Ancaq Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) həkimi və The Better Sleep Clinicin rəhbəri Dr. David Garleyə görə, yenidən yuxuya qayıtmağın sirri oyanmağı qəbul etməkdən keçir. Dr. Garley vurğulayır ki, insanı yuxuya qayıtmaqdan çox oyanmanın özü yox, bu vəziyyətə duyulan əsəb və qəzəb saxlayır: “Əgər oyandığınıza əsəbiləşir və bu əsəb ucbatından yenidən yata bilmirsinizsə, problem məhz budur. Halbuki gecə ərzində bir neçə dəfə oyanmaq normaldır.”
İnsan yuxusu orta hesabla 90 dəqiqəlik dövrlərdən ibarətdir. Yüngül yuxu, dərin yuxu və REM (yuxu görmə) mərhələlərini əhatə edən bu dövrlərdə hər kəs, fərqində olmasa belə, qısa oyanıqlıq anları yaşayır. Stressli dövrlərdə isə bu oyanmalar daha qabarıq hiss oluna bilər. Xüsusilə gecə saat 3 radələrində oyanmağın səbəbi bədənin sirkadiyen ritminin ən aşağı səviyyədə olmasıdır. Bu saatlarda bədən temperaturu düşür və bəzi insanlarda bu hal oyanmaya səbəb olur. Həmçinin əgər sizin yuxu ehtiyacınız yeddi saatdırsa, amma yataqda doqquz saat qalırsınızsa, bu artıq vaxtın içində oyaq anların olması da təbiidir.
Yuxunun bölünməsində qan şəkərinin düşməsi nəticəsində ifraz olunan kortizol hormonu da rol oynaya bilər. Kortizol səhər oyanmağımıza kömək edən “stress hormonu”dur və bəzi insanlarda gecə saat üçə yaxın yüksələ bilər. Yaş artdıqca melatonin istehsalı azalır ki, bu da yuxunun tez-tez bölünməsinə səbəb olur.
Dr. Garley bildirir ki, bu vəziyyət xüsusilə 55 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə olunur və melatonin əlavələri bu qrupda daha təsirli ola bilər. Bundan əlavə, ağrılar, gecə sidiyə çıxma ehtiyacı, gecə tərləmələri kimi amillər də gecə oyanmalarının səbəbi ola bilər. Xüsusilə kişilərdə gecə sidiyə çıxma şikayəti tez-tez rast gəlinir və bu hal təkrarlanarsa, prostat sağlamlığı baxımından müayinədən keçmək tövsiyə olunur.
Bəs yenidən yata bilmədikdə nə etmək lazımdır? Dr. Garleyin cavabı qətidir: “Qalxın və başqa bir otağa keçin. Bu addımın məqsədi yatmaq deyil, zehni məşğul etməkdir. Başqa bir otağa keçin, kitab oxuyun, televizora baxın. Yuxu təzyiqi olmadan sizi rahatladan bir fəaliyyətlə məşğul olun. Yuxu istəyi dalğa kimidir, bir müddət sonra yenidən qayıdır.”
Nəticə olaraq, gecə oyanmaq anormal deyil. Əsas məsələ bu oyanmaları necə idarə etdiyinizdir. Stressi azaltmaq və yuxuya qayıtma prosesinə müqavimət göstərməmək, yenidən yuxuya keçməyin ən təsirli yollarından biri ola bilər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tez yuxuya getməyinizə kömək edəcək 6 SADƏ VƏRDİŞ
Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş
Bu qarışım saçları 5 sm uzadır
Orqanları aktiv şəkildə zəhərləyən 4 QİDA – Məşhur cərrahın siyahısı təəccübləndirdi