Gecə klubunda DƏHŞƏTLİ YANĞIN: 25 nəfər diri-diri yandı

Gecə klubunda DƏHŞƏTLİ YANĞIN: 25 nəfər diri-diri yandı

Dünya 07.12.2025 09:38 41

Hindistanın Qoa ştatında gecə klubunda çoxsaylı insan ölümü ilə nəticələnən yanğın olub.

Az24.az “Times of India” qəzetinə istinadən xəbər verir ki, bazar günü gecə yarısından sonra Hindistanın Goa ştatının Arpora bölgəsində yerləşən “Birch by Romeo Lane” gecə klubunda baş verən yanğın 25 nəfərin ölümünə səbəb olub.

Yanğın nəticəsində dörd turist və gecə klubunun 14 əməkdaşı da daxil olmaqla, ümumilikdə ən azı 25 nəfər həlak olub. Ən azı 50 nəfərin xəsarət aldığı bildirilir.

İddialara görə, bu məkan qeyri-qanuni fəaliyyət göstərib.

Goa polis rəisi Alok Kumar bildirib ki, yanğın qaz balonunun partlaması səbəbindən baş verib. Lakin bir çox şahid bu versiya ilə razılaşmır. Bəzi şahidlərin sözlərinə görə, yanğın təxminən 100 turistin rəqs etdiyi birinci mərtəbədən başlayıb.

Dəniz

Reklam