Fransa 4-0 Ukraynanı məğlub etdi və DÇ-2026-ya vəsiqə qazandı
Fransa milli komandası DÇ-2026 Avropa seçmə mərhələsində Ukrayna milli komandası üzərində 4-0 hesablı qələbə qazanaraq qrupu lider tamamlayıb və mundiala birbaşa vəsiqəni təmin edib.
Oyunun 55-ci dəqiqəsində Kilian Mbappe panenka üslubunda yerinə yetirdiyi penalti ilə hesabı açaraq Fransa millisini önə çıxarıb. 76-cı dəqiqədə Maykl Olis komandasının ikinci qoluna imza atıb və üstünlüyü daha da artırıb. 83-cü dəqiqədə “xoruzlar”ın kapitanı Mbappe bir daha səhnəyə çıxaraq fərqi üç topa yüksəldib. Cəmi beş dəqiqə sonra – 88-ci dəqiqədə isə Huqo Etikite görüşün son nöqtəsini qoyaraq hesabı 4:0 edib.
Fransa bu qələbə ilə qrupu lider tamamlaması və seçmə mərhələdən birbaşa vəsiqə almasını rəsmiləşdirib. Ukrayna isə qrupda ikinci yeri tutaraq pley-off mərhələsini gözləməli olacaq.
Altay
Reklam
Oxşar xəbərlər
“Qarabağ” məğlub oldu
Bu gün “Qarabağ”ın oyunu var
“Qarabağ”ın yeni transferinin kimliyi bilindi – O, artıq Bakıdadır!
“Qarabağ” ilk transferini reallaşdırdı
“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım – VİDEO
“Qarabağ” – “Nyukasl” matçının saatı açıqlandı
“Qarabağ” bu mövsüm nə qədər qazanıb?
“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi