Fransa 4-0 Ukraynanı məğlub etdi və DÇ-2026-ya vəsiqə qazandı

Fransa 4-0 Ukraynanı məğlub etdi və DÇ-2026-ya vəsiqə qazandı

İdman 14.11.2025 11:59 4

Fransa milli komandası DÇ-2026 Avropa seçmə mərhələsində Ukrayna milli komandası üzərində 4-0 hesablı qələbə qazanaraq qrupu lider tamamlayıb və mundiala birbaşa vəsiqəni təmin edib.

Oyunun 55-ci dəqiqəsində Kilian Mbappe panenka üslubunda yerinə yetirdiyi penalti ilə hesabı açaraq Fransa millisini önə çıxarıb. 76-cı dəqiqədə Maykl Olis komandasının ikinci qoluna imza atıb və üstünlüyü daha da artırıb. 83-cü dəqiqədə “xoruzlar”ın kapitanı Mbappe bir daha səhnəyə çıxaraq fərqi üç topa yüksəldib. Cəmi beş dəqiqə sonra – 88-ci dəqiqədə isə Huqo Etikite görüşün son nöqtəsini qoyaraq hesabı 4:0 edib.

Fransa bu qələbə ilə qrupu lider tamamlaması və seçmə mərhələdən birbaşa vəsiqə almasını rəsmiləşdirib. Ukrayna isə qrupda ikinci yeri tutaraq pley-off mərhələsini gözləməli olacaq.

Altay

Reklam