FIFA DÇ: Oyunların Bakı vaxtı ilə tam cədvəli açıqlandı
FIFA qarşıdan gələn dünya çempionatının oyun cədvəlini açıqlayıb.
Az24.az xəbər verir kİ, turnir iyunun 11-də başlayacaq və iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.
Açılış matçı Meksika və Cənubi Afrika Respublikası milliləri arasında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Eyni gün Cənubi Koreya yığması UEFA pley-off qaliblərindən biri ilə qarşılaşacaq və bu matç saat 08:00-da keçiriləcək.
İyunun 12-də Kanada yığması UEFA pley-off qalibi ilə qarşılaşacaq, oyun saat 23:00-da başlayacaq. ABŞ və Paraqvay millərinin matçı isə saat 05:00-da keçiriləcək.
Qrup mərhələsində iyunun 23-nə qədər hər gün dörd qarşılaşma olacaq. Oyunların başlama saatları Bakı vaxtı ilə 08:00-dan 20:00-dək dəyişəcək. Qrupun son turunda isə gündə altı oyun keçiriləcək, start vaxtları 23:00–00:00 və 06:00–07:00 aralığında olacaq.
1/16 final matçları Bakı vaxtı ilə 20:00–07:00 arasında keçiriləcək, 1/8 final oyunları isə 20:00–04:00 aralığında start götürəcək. Dörddəbir final matçlarının vaxtları müxtəlifdir: 9 iyul saat 00:00, 10 iyul saat 23:00, 13 iyul saat 01:00 və 05:00.
Yarımfinal qarşılaşmaları iyulun 14-15-də, hər ikisi saat 23:00-da baş tutacaq. Üçüncü yer uğrunda matç 20 iyul saat 01:00-da, final görüşü isə saat 23:00-da keçiriləcək.
Turnir azarkeşlər üçün sürətli və maraqlı oyunlarla dolu olacaq, hər kəs üçün Bakı vaxtı ilə izləmək mümkündür.
Dəniz
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi