“Fənərbaxça”nın prezidenti ilə bağlı qərar verildi

“Fənərbaxça”nın prezidenti ilə bağlı qərar verildi

İdman 25.12.2025 16:28 6

Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran məhkəmə qərarı ilə sərbəst buraxılıb. 

Az24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar İstanbul Məhkəməsi tərəfindən qəbul olunub.

Məhkəmənin qərarına əsasən, Saran həftədə iki dəfə polis məntəqəsinə gedərək qeydiyyatdan keçməli və sənədə imza atmalıdır.

Xatırladaq ki, Sadettin Saran dekabrın 24-də İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik maddə təmin etmə, istifadənin asanlaşdırılması və istifadə ittihamları ilə saxlanılmışdı. Məhkəmə-tibbi ekspertiza zamanı götürülən nümunələrdə, onun saç analizində kokain izləri aşkar olunmuşdu.

Dəniz

Reklam