“Fənərbaxça” qış transfer mövsümündə ilk transferini etdi

“Fənərbaxça” qış transfer mövsümündə ilk transferini etdi

İdman 24.12.2025 19:17 14

“Fənərbaxça” qış transfer mövsümündə ilk transferini reallaşdırıb.

AZ24.az xəbər verir ki, İstanbul təmsilçisi “Samsunspor”un futbolçusu Antoni Musaba ilə razılıq əldə edib.

Məlumata görə, “sarı-lacivərtlilər” 25 yaşlı hollandiyalı oyunçunu sərbəst qalma maddəsini ödəməklə heyətinə qatacaq. “Fənərbaxça” Musaba ilə 4,5 illik müqavilə imzalayıb. Transfer üçün “Samsunspor” klubuna təqribi 5–6 milyon avro ödənişin 2 yanvar tarixində ediləcəyi gözlənilir.

Qeyd olunur ki, 6 yanvarda keçiriləcək Türkiyə Superkuboku matçında Musaba artıq “Fənərbaxça” formasını geyinə biləcək.

Reklam