“Fənərbaxça” dünyaca məşhur futbolçunu transfer edir

“Fənərbaxça” dünyaca məşhur futbolçunu transfer edir

İdman 07.01.2026 14:17 10

“Fənərbaxça” “Latsio”nun 26 yaşlı yarımmüdafiəçisi Matteo Guendouzi ilə anlaşıb.

Az24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda, transferin detalları üzrə bonuslarla birlikdə ümumi məbləğin 30 milyon avro olduğu bildirilir.

Fransalı futbolçu 11 yanvar tarixində “Verona”-“Latsio” matçından sonra İstanbula gələcək. Tərəflər 4,5+1 illik müqavilə üzrə razılığa gəliblər.

Bu transfer, “Fənərbaxça”nin qış transfer dönəmində ikinci mühüm addımı sayılır.

Reklam