“Fənərbağça”nın prezidentinin evində axtarış aparıldı

“Fənərbağça”nın prezidentinin evində axtarış aparıldı

Dünya 19.12.2025 20:29 14

İstanbul Baş Prokurorluğunun apardığı genişmiqyaslı narkotik istintaqı çərçivəsində “Fənərbağça” klubunun prezidenti Sadettin Saran şübhəli qismində ifadəyə çağırılıb.

AZ24.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq çərçivəsində Saranın evində axtarış aparılır. Sadettin Saran hazırda İtaliyadadır və sabah Türkiyəyə qayıdaraq ifadə verəcək.

Qeyd edək ki, Türkiyədə aparılan araşdırmalar çərçivəsində bu gün bir sıra tanınmış şəxslər saxlanılmışdı, daha  sonradan onlardan bəziləri sərbəst buraxıldı.

Reklam