“Fənərbağça” iki ulduzu transfer etmək istəyir
“Fənərbağça” qış transfer dönəmi üçün heyətini gücləndirməyi planlaşdırır.
AZ24.az xəbər verir ki, klubun əsas hədəfləri İtaliya təmsilçisi “Atalanta”nın hücumçusu Ademola Lukman və İspaniyanın “Atletiko Madrid” klubunda çıxış edən Aleksander Sörlotdur.
Məlumata görə, “Fənərbağça”nın futbol şöbəsinə cavabdeh rəhbəri Ertan Torunoğlulları Lukman transferini yekunlaşdırmaq məqsədilə İtaliyaya yollanıb. Onun “Atalanta” rəhbərliyi ilə danışıqlar aparacağı bildirilir. Nigeriyalı futbolçu bu mövsüm “Atalanta” forması ilə 16 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər transfer istiqaməti isə İspaniyadır. “Sarı-lacivərtlilər” Türkiyə Superkubokunda “Samsunspor”la oynanacaq yarımfinal matçından sonra Aleksander Sörlot üçün “Atletiko Madrid” rəsmiləri ilə görüş keçirməyi planlaşdırır. Norveçli hücumçu cari mövsümdə bütün turnirlərdə 22 oyunda 5 qol və 1 assistlə çıxış edib.
“Fənərbağça” rəhbərliyi hər iki futbolçunu eyni vaxtda heyətə qataraq mövsümün ikinci yarısına iddialı başlamağı hədəfləyir.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi