Fatimə qızının ad gününü belə TƏBRİK ETDİ – FOTO

Fatimə qızının ad gününü belə TƏBRİK ETDİ – FOTO

Şou 20.11.2025 10:21 43

Rəqqasə Fatimə Fətəliyeva qızı Aydanla bağlı paylaşım edib. 

Az24.az xəbər verir ki, rəqqasə qızının ad gününü belə təbrik edib:

“Canım qızım, bu gün artıq 30 yaşın olur. İnanmaq olmur ki, gənc yaşımda məni ana edən, həyatımın mənasını dəyişən o balaca qız artıq özü iki övlad anasıdır. İllər necə də sürətlə keçdi… Dünənə kimi yadımda qalıb ilk addımların, sözlərin, gülüşün. Bu gün isə qarşımda güclü, mərd, zəkalı, gözəl bir qadın dayanır – həm övladlarına, həm ailəsinə, həm də ətrafına nur saçan bir insan.

Sən mənim fəxrimsən, qızım. Hər uğurunda qəlbim daha da böyüyür, hər xoşbəxtliyində mən də bir daha xoşbəxt oluram. Allah sənə uzun ömür, sağlamlıq, ruzi-bərəkət, ailənlə birlikdə gözəl günlər qismət etsin. 30 yaşın mübarək, canım qızım. Həyatının hər günü ilk günkü kimi sevinclə, ümidlə, sevgi ilə dolu olsun. Sən həmişə mənim kiçik qızım olaraq qalacaqsan”.

Qeyd edək ki, Aydan ailəlidir və iki övladı var. Fatimənin Hüseyn adlı bir oğul övladı da var.

Reklam