Fatih Ürek vəfat etdi
Türkiyənin tanınmış müğənnisi Fatih Ürek keçirdiyi ağır ürək tutmasından sonra müalicə aldığı xəstəxanada vəfat edib.
AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 15 oktyabr tarixində evində səhər yeməyi zamanı ürək tutması keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.
Məlumata görə, Fatih Ürek təxminən üç ay yarım müddətində reanimasiya və intensiv terapiya şöbəsində müalicə alıb. Onun ürəyinin 20 dəqiqə ərzində dayandığı, həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarıldığı bildirilib. Lakin bütün səylərə baxmayaraq, sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Fatih Ürek daha əvvəl də səhhətində yaranan ciddi problemlərlə gündəmə gəlmiş, uzun illər musiqi və səhnə fəaliyyəti ilə Türkiyə şou-biznesində tanınmış simalardan biri olmuşdu.
Reklam
Oxşar xəbərlər
ABŞ-la danışıqlara hazırıq – Araqçi
İrandan Aİ-yə CAVAB: Avropa orduları “terrorçu” elan ediləcək
ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır
Tanınmış azərbaycanlı polkovnik vəfat etdi – FOTO
Xamenei o təyyarədə Moskvaya qaçır – ŞOK İDDİA
ABŞ-də fövqəladə vəziyyət elan edildi
ABŞ-İran müharibəsi başlaya bilər – Yaxın 48 saat ərzində…
Dəhşətli təyyarə qəzası: 15 nəfər öldü