Evlərini kirayə verənlərə ŞAD XƏBƏR – Gələn ildən…
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir.
Az24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.
Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.
Reklam
Oxşar xəbərlər
Bu xidmətlərə görə də ƏDV alınacaq
Bu hərbçilərin hərbi xidmətdə olma müddəti artırıldı
Onlar üçün sosial sığorta haqqı dəyişir – SİYAHI
Nazir onu özünə müşavir təyin etdi – FOTO
Meteor yağışı olacaq – Bakıdan da görünəcək
Onlara ödənilən 90 manat dayandırılır
Özəl sektorda işləyənlər də vergi ödəyəcək – MƏBLƏĞLƏR