Evlərini kirayə verənlər üçün vergi azaldıldı
Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü gəlir üzrə vergi dərəcəsini azaldıb.
“AZ24” xəbər verir ki, yeni dəyişikliklərə əsasən, fiziki şəxslərin yaşayış sahələrini (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verməsindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq.
Əvvəlki qanunvericilikdə kirayə gəlirindən 14 faiz vergi tutulurdu. Yeni dəyişikliklə bu göstərici 10 faizə endirilib.
Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə vergini kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti ödəyəcək və bəyannamə təqdim edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Uşaqları tez qocaldırlar – Elza ÜSYAN ETDİ
Deputatdan AÇIQLAMA – Videodakı mənim qızım deyil
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO