Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir?
Azərbaycanda evini kirayə verən şəxslər üçün əsas tələblərdən biri kirayə münasibətlərinin rəsmi müqavilə əsasında qurulmasıdır. Təcrübədə isə bir çox hallarda ev sahibləri mənzillərini şifahi razılaşma ilə, heç bir sənəd tərtib etmədən kirayəyə verirlər. Bu isə həm hüquqi, həm də maliyyə baxımından ciddi risklər yaradır.
Qanunvericiliyə görə, kirayə münasibətləri Mülki Məcəllə ilə tənzimlənir və evin kirayə verilməsi müqavilə ilə rəsmiləşdirilməlidir. Müqavilə olmadıqda tərəflər arasında yaranan mübahisələrdə sübut problemi ortaya çıxır. Ev sahibi kirayə haqqını tələb etməkdə, kirayəçi isə hüquqlarını qorumaqda çətinlik çəkir.
Müqaviləsiz kirayənin ən ciddi nəticəsi isə vergi məsuliyyəti ilə bağlıdır. Kirayədən əldə olunan gəlir rəsmi gəlir hesab olunur və bu gəlir dövlətə bəyan edilməlidir. Ev sahibi bu öhdəliyi yerinə yetirmədikdə, yəni gəliri gizlətdikdə və ya ümumiyyətlə bəyan etmədikdə, vergi orqanları tərəfindən maliyyə sanksiyaları tətbiq oluna bilər.
-Əgər ev sahibinin kirayə gəliri dövlətə bəyan olunmayıbsa, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.
-Əldə olunan gəlir düzgün bəyan olunmayıbsa və ya az göstərilibsə, bu fərqin 50 %-i qədər əlavə cərimə tətbiq oluna bilər (məsələn, azaldılmış verginin 500 manat olduğu halda 250 manat cərimə).
-Vergi ödəmək və bəyannamə vermək tələblərinə əməl etməmək də ayrıca sanksiyalarla nəticələnə bilər.
Bundan əlavə, kirayə münasibətləri rəsmiləşdirilmədikdə, kirayəçinin yaşadığı ünvan üzrə qeydiyyat məsələsi də problemə çevrilir. Qanuna əsasən, vətəndaş yaşadığı yer üzrə qeydiyyata düşməlidir. Qeydiyyatın aparılmaması inzibati xəta sayılır və bu halda həm kirayəçi, bəzi hallarda isə ev sahibi məsuliyyət daşıya bilər.
Əgər kirayəçi yaşadığı yeri müvafiq dövlət orqanında qeydiyyata salmayıbsa, bu da inzibati xətaya səbəb olur və adətən 30 manat cərimə tətbiq edilir.
Müqaviləsiz kirayə ev sahibi üçün başqa risklər də yaradır. Kirayəçi mənzildə zərər vurduqda, vaxtında kirayə haqqını ödəmədikdə və ya evi tərk etməkdən imtina etdikdə, yazılı müqavilə olmadığı üçün ev sahibinin hüquqi müdafiə imkanları xeyli zəifləyir. Rəsmi sənəd olmadıqda məhkəmədə iddia qaldırmaq və tələbi sübut etmək çətinləşir.
Dəniz
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”