Əsnəyərkən bədəndə nələr baş verir? – İnanılmaz faydaları
Gün ərzində ətrafınızdakı insanların dəfələrlə əsnədiyini və bunun sizə də “keçdiyini” mütləq hiss etmisiniz. Normal görünən bu davranışın əslində bədəndə hansı dəyişikliklər yaratdığına inanmayacaqsınız.
Gündəlik həyatda tez-tez rast gəlinən əsnəmə, sadəcə yuxulu olmağın işarəsi deyil, mürəkkəb bir bioloji mexanizmə əsaslanır. Alimlərin fikrincə, əsnəmə beynin soyudulmasından tutmuş, əzələlərin boşalmasına, stressin azalmasından oyanıqlığın artmasına qədər bir sıra mühüm prosesləri hərəkətə gətirir.
Mütəxəssislərin önə çıxardığı ən güclü nəzəriyyə əsnəmənin beynin temperaturunu tənzimləmək üçün işə düşən təbii soyutma mexanizmi olmasıdır. Əsnəyərkən alınan dərin nəfəs və gərilən üz əzələləri, beyinə gedən qanın soyumasını təmin edir və oyanıqlığı artırır. Buna görə də insanlar xüsusilə yuxulu, yorğun və ya diqqət itkisinin yaşandığı vaxtlarda daha çox əsnəyirlər.
Əsnəmə eyni zamanda bədənin “rejim dəyişmə” anlarında meydana çıxır. Yuxudan oyanarkən, yuxuya getməzdən əvvəl və ya uzun müddət hərəkətsiz qalındıqda əsnəmənin artması beynin yeni vəziyyətə keçidi asanlaşdırmaq üçün bu refleksdən istifadə etdiyini göstərir.
Əsnəmənin digər mühüm təsiri əzələlərə daha çox oksigen çatdırmasıdır. Əsnəmə zamanı bədən dərin nəfəs alır, qan dövranı sürətlənir və gərilib boşalan əzələlər daha yaxşı oksigenlənir. Bu proses əzələ gərginliyini azaldaraq bədənə sanki qısa bir yenidən başlama imkanı yaradır.
Mütəxəssislər əsnəmənin stressli anlarda artmasının da təsadüfi olmadığını deyirlər. Bu davranış parasempatik sinir sistemini, yəni bədənin təbii rahatlama rejimini aktivləşdirərək sakitləşdirici təsir göstərir.
Əsnəmənin maraqlı tərəflərindən biri də yoluxucu olmasıdır. Birinin əsnədiyini görmək və ya eşitmək başqalarında da eyni refleksi işə sala bilir. Alimlər bunu empatiya və təqlidlə bağlı “ayna neyronları” ilə əlaqələndirirlər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı