Əri tərəfindən öldürülən Ayşənin qətlinin TƏFƏRRÜATI – Anası DANIŞDI
Gəncədə 3 uşaq anası Ayşən Sadıqova qətlə yetirilib.
Az24.az bildirir ki, Gencexeber.az-a mərhumun anası Mehriban Sadıqova tərəfindən verilən məlumata görə, qızının həyat hekayəsi illərlə davam edən zorakılıq, təhqir və səssiz əzablarla dolu olub.
Ayşən Sadıqova hələ 2012-ci ildə, 18 yaşı tamam olmayan zaman özündən 11 yaş böyük Ramin Alıyev tərəfindən qaçırılıb. Onlar Gəncənin Gülüstan qəsəbəsində kirayə mənzildə üç övlad — bir oğlan və iki qız böyüdüblər. Lakin kişi illər boyunca rəsmi nikahdan imtina edib.
Qəssab dükanı işlədən Ramin təxminən dörd il əvvəl Zümrüd adlı (ad şərtidir) başqa bir tələbə olan gənc qızla sevgi münasibəti qurub. Bundan sonra ailədə vəziyyət gərginləşib — Ayşən sistematik zorakılığa, təhqirlərə və döyülmələrə məruz qalıb.
Anasının dediyinə görə, Ramin bir dəfə stəkanla Ayşənin başına zərbə endirib, bu səhnəni görən 5 yaşlı qızın dili tutulub. Uşaq o vaxtdan bəri hələ də loqopedin nəzarəti altında məşğələlərə cəlb olunur.
Bildirilib ki, Ramin Zümrüd adlı qadına 4 min manat dəyərində telefon, çoxlu sayda qızıl-zinət əşyaları alıb, öz övladlarına isə bu illər ərzində baxmayıb. Azyaşlılara Mehriban xanım qulluq edib.
Zorakılıqların nəticəsində Ayşən Sadıqova ata evinə sığınmağa məcbur olub.
Bir müddət sonra Ramin, Zümrüd adlı sevgilisi ilə birgə yaşamasına baxmayaraq, Ayşənin yenidən evə qayıtmasını tələb edib. Bu məqsədlə qadını öz qəssab dükanına çağırıb. Orada baş verən mübahisə zamanı Ramin Ayşəni döyüb, iti bıçaqla ona müxtəlif xəsarətlər yetirib. Mərhumun anasının sözlərinə görə, hadisə zamanı qızının paltarı cırılmış, kənar şəxslər tərəfindən o, məhrəba ilə örtülərək evə yola salınmışdır.
Nəhayət, noyabrın 7-də dəhşətli hadisə baş verib: Ayşən Sadıqova kiçik qızını loqopeddən götürməyə gedərkən İsrafil bəy Yadigarzadə küçəsində bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı 42 yaşlı Ramin Alıyev saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO