Ərdoğandan Maduronun saxlanılmasına REAKSİYA

Ərdoğandan Maduronun saxlanılmasına REAKSİYA

Dünya 05.01.2026 21:32 301

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin ilk Prezident Kabineti iclasından sonra açıqlamalarla çıxış edib.

AZ24.az xəbər verir ki, Ərdoğan çıxışında ABŞ tərəfindən Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı məsələyə də toxunub.

O bildirib ki, Maduro və Venesuela xalqı Türkiyə xalqının dostudur və ölkələrin suverenlik hüquqlarının pozulması riskli addımlara yol aça bilər. Ərdoğan vurğulayıb ki, beynəlxalq hüququn deyil, gücün hüququnun hakim olduğu dünyada qarşıdurmalar qaçılmaz olur.

Türkiyə Prezidentinin sözlərinə görə, Ankara bu məsələdə siyasi legitimliyi və beynəlxalq hüququ pozan addımları qəbul etmir və dost Venesuela xalqı üçün ən doğru mövqeni tutmağa çalışır. Ərdoğan Türkiyə ilə Venesuela arasında çətin dövrlərdə qarşılıqlı həmrəyliyin önəmli olduğunu xüsusi qeyd edib.

Reklam